Yehovanın Şahidlərinin rəsmi veb səhifəsi

Ana səhifə Beliefs Future Medical Topics Contact Us Publications Languages
Allah bizdən nə tələb edir? Dərs 16Əvvəlki məqalə

Allaha xidmət etmək qərarınız

Allahın dostu olmaq üçün nə etməlisiniz? (1, 2)
Özünüzü Allaha necə həsr edə bilərsiniz? (1)
Nə zaman vəftiz olunmalısınız? (2)
Allaha sadiq qalmaq üçün haradan qüvvə əldə edə bilərsiniz? (3)

1. Allahın dostu olmaq üçün Müqəddəs Kitab həqiqətini yaxşı öyrənməli (1 Timoteyə 2:3, 4), öyrəndiklərinizə iman gətirməli (İbranilərə 11:6), günahlarınızdan tövbə etməli (Həvarilərin işləri 17:30, 31) və həyat tərzinizi dəyişməlisiniz (Həvarilərin işləri 3:19). Sonra Allaha olan məhəbbətiniz, özünüzü Ona həsr etməyə təşviq etməlidir. Bu o deməkdir ki, Allaha etdiyiniz şəxsi duada, iradəsini yerinə yetirmək üçün özünüzü Ona verdiyinizi söyləyirsiniz (Matta 16:24; 22:37).

2. Özünüzü Allaha həsr etdikdən sonra vəftiz olunmalısınız (Matta 28:19, 20). Vəftiz, özünüzü Yehovaya həsr etdiyinizi hamıya aşkar etməyə imkan verir. Buna görə də, Allaha xidmət etmək qərarını qəbul etmək üçün kifayət qədər yaşa dolmuş adamlar vəftiz oluna bilərlər. Vəftiz olunan zaman insanın bütün bədəni bir anlıq suya batırılmalıdır* (Mark 1:9, 10; Həvarilərin işləri 8:36).

3. Özünüzü Yehovaya həsr etdikdən sonra, O, sizin öz və’dinizə əsasən yaşamağınızı gözləyəcəkdir (Məzmur 50:14; Vaiz 5:4, 5). İblis çalışacaqdır ki, Yehovaya xidməti dayandırasınız (1 Peter 5:8). Lakin dua vasitəsilə Allaha yaxınlaşın (Filipililərə 4:6, 7). Onun Kəlamını hər gün öyrənin (Məzmur 1:1-3). Yığıncaqdan möhkəm yapışın (İbranilərə 13:17). Bu cür davranaraq, Yehovaya sadiq qalmağınız üçün sizə kömək edəcək qüvvəni əldə edəcəksiniz. Bununla da, Allahın sizdən tələb etdiyini əbədiyyən yerinə yetirə biləcəksiniz!

Daha çox mə’lumat əldə etmək və ya Müqəddəs Kitabı pulsuz öyrənmək istəyirsinizmi? Sizə müvafiq olan ünvanlardan birinə Yehovanın Şahidlərinə yazın. Ünvanlar


* Vəftiz olunmağa hazırlaşmaq üçün, Yehovanın Şahidləri tərəfindən nəşr olunan “Әbədi həyata aparan bilik” kitabını və digər nəşrləri oxumaq məsləhət görülür.

 

Çap edilib 2002

Ana səhifəBaşa qayıtƏvvəlki məqalə

Copyright © 2006 Watch Tower Bible and Tract Society of Pennsylvania. All rights reserved.