| Allah bizdən nə tələb edir? | Dərs 15 |
Allahın iradəsini yerinə yetirməkdə başqalarına göstərilən yardım |
|
| Öyrəndiyiniz yaxşı şeylər barədə başqalarına danışmaq nəyə görə vacibdir? (1) | |
| Xoş xəbəri kimlərlə bölüşə bilərsiniz? (2) | |
| Davranışınız başqalarına necə tə’sir göstərə bilər? (2) | |
| Yığıncaqla birlikdə nə zaman təbliğ edə bilərsiniz? (3) | |
1. Bu vaxtacan Müqəddəs Kitabdan çox yaxşı şeylər öyrəndiniz. Bu biliklər, özünüzdə məsihçi şəxsiyyətini yetişdirməkdə sizə kömək etməlidir (Efeslilərə 4:22-24). Müqəddəs Kitab biliklərini əldə etmək əbədi həyata nail olmanız üçün vacibdir (Yəhya 17:3). Lakin xilas ola bilmələri üçün, xoş xəbəri başqa insanlar da eşitməlidirlər. Məsihin həqiqi davamçılarının hamısı başqa insanlara şəhadətlik etməlidirlər. Bu, Allahın tapşırığıdır (Romalılara 10:10; 1 Korinflilərə 9:16; 1 Timoteyə 4:16). 2. Öyrəndiyiniz yaxşı şeylər haqda yaxınlarınızla bölüşə bilərsiniz. Bu barədə ailənizin üzvlərinə, dostlarınıza, məktəb və iş yoldaşlarınıza danışın. Bu zaman xeyirxah və səbirli olmalısınız (2 Timoteyə 2:24, 25). Yadda saxlayın ki, insanlar çox vaxt sözünüzə deyil, əməllərinizə fikir verirlər. Buna görə də insanları, təbliğ etdiyiniz xoş xəbərə məhz yaxşı davranışınızla cəlb edə bilərsiniz (Matta 5:16; 1 Peter 3:1, 2, 16). 3. Ehtimal ki, siz, bir qədər vaxtdan sonra Yehovanın Şahidlərinin yığıncağı ilə birlikdə, yaşadığınız ərazidə təbliğ etmək hüququna malik olacaqsınız. Bu, irəliləmənizdə ən mühüm addımdır (Matta 24:14). Başqalarına Yehovanın xidmətçisi olmağa və əbədi həyatı miras almağa kömək etmək necə də sevindiricidir! (1 Saloniklilərə 2:19, 20). |
||
Çap edilib 2002 |
|
Copyright © 2006 Watch Tower Bible and Tract Society of Pennsylvania. All rights reserved. |
|